Məktəbimizdə Monitorinqin təşkili.
Məktəbimizdə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 26.04.2022- ci il tarixdə I-XI siniflər arasında məktəbdaxili monitorinq keçirildi. Monitorinqin sualları tədris dili (Ana dili/Rus dili), riyaziyyat və ingilis dili fənnlərindən ibarət olmaqla təşkil olunmuşdur. Şagirdlərimizin təxminən 98%- dək monitorinqə qatılaraq iştirak etdilər. Məqsədimiz təhsilin inkişafı, şagirdlərimizin bilik səviyyəsinin yoxlanılması və tədris prosesinin daha da təkmilləşdirilməsidir.