“Oxu günü” ilə bağlı İ.Şıxlının “Namərd gülləsi” və İ. Hüseynovun “Zəhər” hekayələrinin müzakirəsi
Məktəbimizdə iki böyük sənətkarın oxucuların qəlbində əbədi heykələ dönən İ.Şıxlı və İ.Hüseynovun əsərlərinin müzakirəsi keçirildi. “Namərd gülləsi”, və “Zəhər” hekayələri 9-cu sinifdə tədris edildiyi üçün 9 “A” və 9 “B” sinfinin şagirdləri və məktəbin ədəbiyyat müəllimləri müzakirənin iştirakçıları idilər. Mövzularla bağlı müəllimlərin hazırladıqları suallar və şagirdlərin sualları ətraflı cavablandırmaları, obrazları düzgün səciyyələndirmələri olduqca qənaətbəxş idi. “Namərd gülləsi” hekayələrinin mənfi obrazı Mürşüdlə bağlı B.Vahabzadənin “Qorxu” şeirindən ədəbiyyat müəlliməsi Həsənova Natəvanın söylədiyi “Tox gədanın qudurması” yamandır. “Acandan yox, mən doyandan qorxuram “misraları müzakirənin gedişinə bir rəng qatdı. Müzakirə daha da canlandı. Şagirdlərin fəallığı artdı. Onların fikirləri (apardığı) etdikləri təhlillər, bir-biri ilə, eyni zamanda müəllimlərlə düşüncələrini bölüşmələri hər iki tərəf üçün böyük maraq doğurdu. Hekayələrin, o cümlədən mənfi obrazların Gəlmə Mürşüd və Daşdəmirin Venna diaqramı əsasında oxşar və fərqli xüsusiyyətləri açıqlandı. Şagirdlərin hekayələrlə bağlı etdikləri təqdimatların səviyyəsi ədəbiyyat fənninə olan sevginin sübutu idi.
Müzakirədə iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Jalə Pənahova sonda şagird və müəllimlərə öz təşəkkürünü bildirdi və belə tədbirlərin tez-tez keçirilməsini , gələcək nəsillərin şəxsiyyət kimi formalaşmasında böyük rolu olduğunu vurğuladı. Müzakirələrin sonu müasir dövrümüzlə əlaqələndirildi.
“Allah xalqımızı mənfur düşmənlərimizin namərd gülləsinə bir daha tuş etməsin” ifadəsi ilə yekunlaşdı.