"Heydər Əliyev və Azərbaycan tarixi".

Əvvəlki illərdə olduğu kimi bu il də Ulu öndər Heydər Əliyevin anadan omasının 99 illiyi münasibətilə Bakı şəhər icra hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi praktik konfrans keçiriləcək. Səbail məktəblərinin iştirakı üçün mövzular göndərilmişdir. Məktəbimizin beş şagirdi beş mövzu üzrə Səbail rayonunun İcra Hakimiyyətində keçirilən I mərhələdə iştirak etmişlər. Səbail məktəbləri içərisində iki şagirdimiz növbəti tura vəsiqə qazanmışlar. 8 a sinif şagirdləri Əliyeva Ayan “Vətən müharibəsində qələbəni şərtləndirən  amillər ” (elmi rəhbər: Məmmədova Lalə) və Abdurazaklı Selcan “Azərbaycan ərazisində yaranmış ilk qədim dövlət Manna ” (elmi rəhbər: Məmmədli Firuzə) mövzuları ilə növbəti turda iştirak etmiş və “Təşəkkürnamə” yə layiq görülmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi