“Təhsili dəyərə çevirək” devizi altında reallaşan “Məktəb seminarları” layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsinin sonuncu mərhələsi məktəbimizdə keçirildi. Seminara Səbail rayonunun bütün məktəb direktorları, direktor müavinləri, UBR, təşkilatçı müavinlər, psixoloqlar, kitabxanaçılar, eləcə də, rayonun hər bir məktəbini təmsil edən valideyn və IX sinif şagirdləri, həmçinin, Azərbaycan dili, ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya müəllimləri qatıldılar. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, AMİM, “Comunity.az” təşkilatı, “Dərs evi” innovativ tədris mərkəzinin mütəxəssisləri müxtəlif sessiyalarda maraqlı və vacib məsələlərə toxundular. Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova “Rayon üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda məruzə etdi.Məktəb direktorlarının 4 saata qədər davam edən sessiyasında uğurlu məktəb, məmnun şagird, şagird məmnunluğunu təmin edən amillər barədə sessiyanın aparıcıları və məktəb rəhbərləri tərəfindən maraqlı və dəyərli fikir mübadiləsi aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi