Məktəbimizin komandası dama yarışında I yerə layiq görülüb.
Gənclərimizin hərtərəfli fiziki və mənəvi inkişafı, sağlamlığının möhkəmləndirilməsi və zərərli vərdişlərin qarşısının alınması, asudə vaxtının səmərəli təşkili, müasir həyat şəraitinə adaptasiyasında bədən tərbiyəsi və idmanın imkanlarından effektiv istifadə olunması üçün idmanın rolu əvəzsizdir. Məhz elə bu səbəbdən də məktəbimizdə bu sahəyə xüsusi önəm verilir, şagirdlərimizin dərsdən sonra müxtəlif idman növləri üzrə məşğul olmaları üçün müvafiq şərait yaradılır. Elə buna görə də şagirdlərimiz arasında nəinki Respublika daxilində, eləcə də onun hüdudlarından kənarda Respublikamızı ləyaqətlə təmsil edənlərin sayı artır.2014\2015–ci dərs ilində idman sahəsindəki uğurlarımızı diqqətinizə çatdırmaq istəyirik. Şərifzadə İsmayıl Səttar oğlu 3f sinif şagirdi Budo Döyüş növləri üzrə Klublararası açıq çempionat – I yerMuradov Novruz Ramin oğlu 6a sinif şagirdi – Cüdo üzrə Türkiyə cumuriyyəti Rizə şəhərində keçirilən Dünya kuboku 2014 – I yer