“Rus Humanitar Ekspedisiyası” proyektində iştirakımız

Rusiya Səfirliyi nəznində İnformarsiya mərkəzinin təşəbbüsü ilə Moskva Dövlət Pedaqoji Universitetinin müəllimlərinin iştirakı ilə “Rus Humanitar Ekspedisiyası” proyekti təşkil edilmişdir. Məktəbimizin ibtidai sinif müəllimi Yevgeniya Butıryova da bu proyektə qoşulmuşdur. Bakı Slavyan Universitetində keçirilən tədbirdə ibtidai sinif müəllimləri üçün seminarlar və “Usta dərslər” təşkil edilmişdir. Proyektin məqsədi ibtidai sinif müəllimlərinə kiçik yaşlı şagirdlərə bədii ədəbiyyatın mənimsənilməsi yolları və vasitələrinin öyrədilməsi idi. Tədbirdə iştirak edən müəllimlərə mövzu ilə bağlı metodiki vəsaitlər hədiyyə olunmuş və universitetin rektoru Lyudmila Trubina tərəfindən iştirakçılara sertifikatlar təqdim edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi