31 Mart soyqırım günü

1918- ci ilin 31 martı xalqımızın tarixinə qara hərflərlə yazıldı. "Böyük Ermənistan" dövləti yaratmaq istəyən ermənilər Şaumyan, Lalayan kimi cəlladların rəhbərliyi ilə dinc müsəlman əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırım törətdilər. Bu gün bütün respublikamızda olduğu kimi məktəbimizdə də 31 mart soyqırım qurbanlarının xatirəsi anıldı. Məktəbimizin tarix müəllimi Məmmədova Lalə tərəfindən X sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. 31 martda baş verən qanlı hadisələr, onların səbəbləri, Heydər Əliyev tərəfindən bu hadisələrə düzgün siyasi qiymət verilməsi, Quba məzarlığı haqqında məlumatlar bir daha şagirdlərin nəzərinə çatdırıldı. Tədbirdə qeyd edildi ki, erməni terroru bu günə kimi davam edir, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi erməni vəhşiliyini, qəddarlığını bir daha sübut edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi