Riyaziyyat fənn aylığının yekun tədbiri
Bu gün məktəbin akt zalında böyük canlanma var idi. Növbəti "Riyaziyyat İnformatika" aylığına həsr olunmuş yekun tədbir keçirildi. Tədbiri X A sinif şagirdi İbrahim Bakıxanov böyük məharətlə idarə edirdi. Tədbir VIII ci siniflər üzrə "Riyazi viktorina" şəklində keçirildi. Şagirdlər arasında dostluğu və əməkdaşlığı möhkəmləndirmək məqsədilə komandalar siniflər üzrə deyil, püşkatma ilə hər sinifdən iki nəfər olmaqla təşkil olunmuşdur.Suallar Riyaziyyat, Ədəbiyyat, İnformatika və Coğrafiya üzrə fənlərarası inteqrasiya yaratmaqla təşkil olunmuşdur.Viktorinanın sonuncu "Riyaziyyat Cografiya" mərhələsi coğrafiya müəllimi F.Hüseynovanın hazırladığı suallar əsasında pazl şəkilində Azərbaycanın xəritəsinin birləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün əsl təzahürü idi.
Tədbirdə Riyaziyyat fənn metodbirləşməsinin sədri N. Ağayeva çıxış edib bütün riyaziyyat müəllimlərinə göstərdikləri köməyə görə öz təşəkkürünü bildirdi. Tədbirin hazirlanmasinda riyaziyyat müəllimləri N. Ağayeva, İ. Seyidova, informatika müəllimi G. İbadovanin böyük zəhməti vardır. Tədbirdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən R. Alcanov çıxış edib riyaziyyat kafedrasına və bu işdə zəhməti olan müəllimlərə öz təşəkkürünü bildirdi. VIII A ,VIII B ,VIII C siniflərinə Respublika Fənn Olimpiadası turlarını müvəffəqiyyətlə keçən şagirdlərə H. Əlili (XI A), İ. Abbaslı (X A), Q. Mahmudlu (IXB) tədbirin təşkilində fəal iştirakina görə İ. Bakıxanova "Təşəkkürnamələri" təqdim etdi.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.