AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə əməkdaşlıq

Məktəbimizdə Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın banisi Hüseyn Cavidin anadan olmasının 134 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlov, muzeyin şöbə müdiri Cəmilə Rzayeva, baş mühafizi Fəridə Əliyeva, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Nigar Babaxanova iştirak edirdilər. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qənirə Əmircanova Hüseyn Cavid yaradıcılığından söz açdı. 10A sinfinin hazırladıqları ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Çıxış edən qonaqlar belə səmimi münasibət üçün məktəb kollektivinə təşəkkür edərək belə bir əməkdaşlığdan məmnun olduqlarını bildirdilər və tədbir iştirakçılarına AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hazırlanmış Cavid Hikməti: Seçmə aforizmlər, “Dədə Qorqud belə demiş” adlı kitablar paylanmış.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi