Leap 2017 layihəsi məktəbimizdə

Milli Olimpiya Komitəsi, Azərbaycan Atletika Federasiyası və Böyük Britaniyanın Atletika Federasiyasının birgə layihəsi olan Leap 2017 məktəbimizdə uğurla həyata keçirilir. Məktəb üzrə layihə təlimçisi fiziki tərbiyə müəllimi Namiq Cəfərov bu layihə çərçivəsində növbəti tədbirini 5k sinif şagirdlərinin iştirakı ilə keçirib. Layihənin keçirilməsində məqsəd 2016-2017-ci tədris ilində idmanın atletika növü üzrə gənc liderlərin yetişdiririlməsidir.