Doğmalarının diqqətinə möhtacı olanların qonağıyıq biz!

Ömrü yaddaşlarda vərəqlənən, həyatın amansız yalqızlığında əl ağacları köməklərinə gələn, ötən zamanların xatirələri ilə isinən, düşündükcə dolub – boşalan qocaların qonağı oldular. Tədbirə hazırlaşan şagirdlər bir uşaq fəhmi ilə anlayırdılar ki, nənə - babaların onlara – nəvələrə böyük ehtiyacı var. Nəvələr onların incik,sınıq qəlblərini ovundurmaq üçün şeirlər söylədilər, şən mahnılar oxudular, rəqs etdilər, hətta nənə - babaları da rəqsə dəvət etdilər, səhnəcik də göstərdilər. Nənə - babalar da öz doğmaları kimi onlarla söhbət etdilər, dərsləri ilə maraqlandılar. Lap ailə də olduğu kimi.....Məktəblilər gəlişləri ilə onlara sanki unutdurdular yalqızlıqlarını...“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin” – deyən Möhtərəm Cənab Prezidentin və onun ən yaxın silahdaşı, məsləkdaşı Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün övlad himayəsindən məhrum olmuş ahıllar üçün hər bir şərait yaradılmışdır. “Qocalar evi” yüksək səviyyədə təmir edilmiş, ahılların hər biri şəraitli otaqlarda yerləşdirilmişdir. Dövlətin himayəsində olan ağsaqqal və ağbirçəklərin qalmağa evi, yatmağa yeri, yeməyə çörəyi, hər bir ehtiyaclarını ödəyəcək şəraitləri vardır. Bircə... doğmalarının diqqətinə möhtacdırlar. Məktəblilər nənə – babaların otaqlarında oldular və otaqları isti nəfəsləriylə isitdilər.“Qocalar evi” nini müdiri Qətibə Əsədova məktəbin bu addımını xeyirxah təşəbbüs kimi qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi