“Talassemiyaya qarşı mübarizə”

Məktəbimizdə “Talassemiyaya qarşı mübarizə” mövzusunda silsilə tədbirlər keçirilib. Tədbirlərin keçirilməsində məqsəd talassemiya xəstəlikləri haqqında müəllim, şagird və valideynləri maarifləndirmək olub. Tədbirlər zamanı göstərilən səhnəcik və slaydlar şagirdlər tərəfindən maraqla qarşılanıb. Zülfiyyə Muradova, Qənirə Əmircanovanın təşkil etdiyi tədbirlər xüsusi ilə fərqlənib. Tədbirlərdə xüsusİ qeyd olunub ki, talassemiya xəstəliyinin qanda olan irsi xəstəlikləri (anemiya, leykoz, hemofiliya, talassemiya) nəsildən-nəslə ötürülən xəstəliklərə aid olduğu üçün valideynlər övladlarına qarşı son dərəcə diqqətli olmalı, vaxtında həkimə müraciət etməlidirlər. Heç də təsadüfi deyil ki, Azərbaycan dövləti də bu xəstəliyə qarşı həssaslıqla yanaşır. Bu ay ərzində məktəbin biologiya müəllimləri bu xəstəlik haqqında dərs dedikləri bütün siniflərdə şagirdlərə lazımı məlumat veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi