Tsarskoselskiy liseyinin açılışının 205 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir

Məktəbimizin rus dili və ədəbiyyatı metodbirləşməsi tərəfindən imperator məktəbinin - Tsarskoselskiy liseyinin açılışının 205 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi.Tədbirdə Rusiya səfirliyi nəznində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təmsilçisi Natiq Əliyev iştirak edirdi. Məktəbin VI-XI sinif şagirdləri Kamilla Abdullayeva-6k, Mehriban Mahmudova-7f, Samir Hacıyev-8f, Marat Matatyayev-9f, Rəhimə Abbasova-10f, Əsəd Kərimov-10f, Tofiq Mirzoyev-11f, Almaz Rzayev-11f, Xalid Ələkbərov-11f, Çingiz Ələkbərzadənin-11f ifasında Puşkin poeziyasından seçmə şeirlər, liseyin tarixi, məzunlarının həyatı barədə maraqlı hadisələr iştirakçılar tərəfindən maraqla qarşılandı.Tsarskoselskiy liseyi barədə sənədli filmə baxan şagird və qonaqlar sanki bir anlığa imperator məktəbinə səyahət etdilər. Məktəbdə keçirilən bu tipli tədbirlər şagirdlərin ədəbiyyata, incəsənətə olan marağının artmasına səbəb olur.