“Qan damlasının səyahəti”

Məktəbimizdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə bizim də məktəbimizdə “Qan damlasının səyahəti” başlıqlı tədbir keçirildi.Tədbirin təşkilatçısı 3f sinif müəllimi Nigar Aslanova şagirdlərlə görüşə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin “Icmaya əsaslanan sağlamlıq proqramı” layihəsinin koordinatoru tibb üzrə fəlsəfə doktoru Mətanət Qaraxanovanı dəvət etmişdir.Tədbirdə bu xəstəliyin yaranma səbəbləri, onun törətdiyi fəsadlar, talassemiya xəstələri üçün hər birimizin könüllü, təmənnasız qan donarına çevrilməmizin əhəmiyyətindən söz açıldı. Şagirdlərin fəallığını görən Mətanət xanım böyük məmuniyyətlə məktəbimizlə daimi əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi.