"Yarım qalmış arzular"
Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Xocalı soqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin 10- cu sinif şagirdi, gənc yazar Səma Muğannanın ssenarisi əsasında hazırlanan “Yarım qalmış arzular” adlı kompozisiya təqdim olundu.
Məktəb şagirdlərinin obrazında Xocalı qurbanları yad edildi, faciənin acı həqiqətləri bir daha xatırlandı.
Tədbirdə Səabil rayon mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının əməkdaşları da iştirak etdilər.
Məktəbin direktoru çıxış edərək şagirdlərə bu tarixi faciəni heç zaman yaddaşlarından silməməyi tövsiyyə etdi. Sonda tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.