"XOCALI SOYQIRIMININ" 30- CU İLDÖNÜMÜ İLƏ BAĞLI ANIM TƏDBİRİ.
İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən otuz il keçir. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir.
25 fevral 2022- ci il tarixində Xocalı soyqırımının 30- cu ildönümü ilə əlaqədar BŞTİ-nin 14.02.2022-ci il tarixli F-63 nömrəli əmrinə əsasən ayrı-ayrı siniflərdə birinci dərslər Xocalı soyqırımının 30- cu il dönümünə həsr edildi, mövzu ilə bağlı şagirdlər tərəfindən inşa yazılar yazılmış və eyni zamanda məktəbin foyesində şagirdlərimizin rəsmlərindən və maraqlı kompazisiyalarından ibarət guşə təşkil edilmişdir.