"XOCALI" - əsrin faciəsi.
Xocalı Soyqrımının 30 illiyinə həsr olunmuş tədbir keçirildi
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.
Bununla bağlı Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 189-190 nömrəli tam orta məktəbin V və VI şagirdlərinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Xocalı həqiqətlərinin bütün dünyanın diqqətinə çatdırılması, xalqımızın başına gətirilmiş bu müsibətin genosid aktı kimi qəbul edilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirlərdən, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolundan bəhs edildi. Tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin ölkəmizə qarşı daim ərazi iddiasında olmaları, faşist xislətlərindən irəli gələrək məkirli və təcavüzkar siyasət yürütmələri, havadarlarının dəstəyilə torpaqlarımızın iyirmi faizini işğal etmələri, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla xeyli sayda dinc sakinləri qətlə yetirmələri haqqında ətraflı məlumat verildi.
Həmçinin, Xocalı faciəsinə həsr olunmuş sərgi və məktəbli oxucuların əl işlərindən ibarət rəsm əsərləri nümayiş olundu.