Müstəqilliyimizin 25-ci ildönümünü qeyd edirik

Bu gün xalqımız Azərbaycanımızın Müstəqilliyinin 25-ci ildönümünü qeyd edir. Bizim məktəbimizdə də “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir keçirilib Tədbir tarix müəllimləri Lalə Məmmədova, Sevil Tağıyeva və Samirə Nəsibovanın təşkilatçılığı ilə IX-XI sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib. Şagirdlər tərəfindən müstəqilliklə bağlı hazırlanan bir - birindən maraqlı slaytlar, video-çarxlar müəllim və aparıcı şagirdlərin Azərbaycanın şanlı səhifələri barədə dolğun və ətraflı məlumatları ilə müşaət edildi. Məktəbin VIII b sinif şagirdi Əzizəxanım Kazımovanın müəllifi olduğu “Bura vətəndir” şeiri, müəllifin ifasında səsləndi və alqışlarla qarşılandı.Tədbir Ulu öndərin “Azərbaycan Respublikasının Müstəqilliyi Əbədi və Sarsılmazdır! Dövlət müstəqilliyi millətin siyasi sabitliyinin, milli inkişafının, milli dəyərlərinin qorunmasının ən mühüm qarantıdır” fikirləri ilə sona çatdı.