OCEP layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən OCEP layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.
Tədbirdə olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayevin məktəblilər ilə görüşü təşkil olunmuşdur.
Görüşün məqsədi məktəblilərin idmançı ilə səmimi söhbəti və ona ünvanladırılan sualları cavablandırmaq idi.
Həmçinin, görüşdə Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin müdiri Mehman Kərimov, həmin Komitənin əməkdaşları Ceyhun Rəhmanov və Mirağa Əliyev iştirak etmişdir.
Sonda Mehman Kərimov məktəbin direktoru Rəşad Acalova "25 illik Olimpiya Komitəsi" kitabını hədiyyə etmişdir.Tədbirin sonunda Rəsul Çunayev məktəblilərə imzalı şəkil təqdim edib və xatirə şəkli çəkdirmişdir.Layihənin davamı olaraq məktəbin müdiriyyəti, növbəti tədbirlər ilə bağlı müzakirələri davam etdirir.