21 fevral Beynəlxalq Ana dili Günü
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “21 fevral Beynəlxalq Ana dili Günü” ilə əlaqədar tədbir keçirdi.
Tədbirdə 189-190 nömrəli tam orta məktəbin dil -ədəbiyyat müəllimi Məmmədova Natavan,həmin məktəbin VI və VIII sinif şagirdləri iştirak etdilər.
Kitabxanın əməkdaşı Məmmədova Məryəm “Beynəlxalq Ana dili Günü” haqqında məruzə ilə çıxış etdi,Natavan müəllimə ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasəti haqqında ətraflı məlumat verdi. Məktəblilər dünyada dillərin yaranma tarixindən, cəmiyyətdəki mövqeyindən və əhəmiyyətindən danışdılar.
Qeyd etdilər ki,dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Tədbirin sonunda şagirdlər “21 fevral Beynəlxalq Ana dili Günü” nə həsr edilmiş kitab sərgisi ilə tanış oldular.