10-cu Beynəlxalq Təhsil Sərgisində iştirakımız

Oktyabrın 7-də “Baku Expo” Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.Məktəbimizin 10-11-ci sinif şagirdləri sərgidə iştirak etmiş, müxtəlif təhsil müəssisələrinə məxsus stendlərlə tanış olmuşlar.Azərbaycan, Almaniya, Latviya, Macarıstan, İordaniyanın ali təhsil müəssisələri, kollec və təhsil xidmətləri göstərən qurumların nümayəndələri şagirdləri təhsil proqramları ilə tanış etdilər.Həmçinin sərgidə Təhsil Nazirliyinin “Maarifçi” Tələbə Kredit Fondu,”Sabah”, ”Bir könüllü”, ”Azərbaycan üçün öyrət” layihələri təqdim olunmuşdu. Bu şagirdlərin böyük diqqət və marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi