“Bədii ədəbiyyat mənəvi kimliyimizdir”

Məktəbimizdə şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 3 oktyabr 2016-cı il tarixində yuxarı sinif şagirdləri ilə “Bədii ədəbiyyat mənəvi kimliyimizdir” mövzusunda keçirilən tədbirdən sonra, 6 oktyabr 2016-cı il tarixində Məktəbimizin II c sinif şagirdlərinin iştirakı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Ucadan oxu” tədbiri keçirildi. Tədbirin keçirilməsində məqsəd bədii ədəbiyyatın uşaqların şəxsiyyət kimi formalaşmasındakı rolu, danışıq qabiliyyəti, mənəvi dünyası, daxili aləmi, dünyagörüşünə mütaliənin birbaşa təsirinin təbliğindən ibarət idi. Təlimdə iştirak edən şagirdlər kitabxanaçıların tövsiyyəsi ilə “Ucadan oxu” müsabiqəsinə qatıldılar. ” Ucadan oxu” müsabiqəsi vasitəsiylə şagirdlər yeni nəşr olunmuş kitablarla tanış edildi,müsabiqəsinin sonunda fərqlənən şagirdlər mükafatladırıldı.