Nizami 880

Məktəbin akt zalında Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəlliməsi Həsənova Natəvan, iştirakçıları məktəbin yuxarı sinif şagirdləri idi. Dahi filosof sənətkarın yaradıcılığı tədbirin yüksək səviyyədə keçməsinin əsas səbəbi idi. Tədbir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2021-ci il-"Nizami ili" elan edilməsi ilə bağlı verdiyi sərəncamın video yazısı ilə başladı. Sonra söz iştirakçılara verildi. Zala Nizami obrazını canlandıran X "A" sinif şagirdi ibrahim Bakıxanov daxil olub, böyük ustalıq nümayiş etdirdi. Oğlu Məhəmmədə nəsihəti, oğlunun atasına cavabı alqışlarla qarşılandı. Nizami obrazı həm iştirakçı, həm də müşahidəçi kimi təqdim edildi.

Həqiqətən də, şagirdlər tədbirə böyük həvəslə hazırlaşmışdılar.

Söylənilən qəzəllər, nümayiş etdirilən təqdimatlar və səhnələr böyük zəhmətin bəhrəsi idi."Xəmsə"yə daxil olan poemaların hər birindən hazırlanmış səhnələr tədbiri daha rəngarəng etdi. "Kərpickəsən kişinin dastanı", "Xosrovla Fərhadın deyişməsi", "Məcnunun Səba yelinə müraciəti", "Bəhramla Fitnə", "İsgəndərlə Sokrat", "İsgəndərin Nüşabə ilə görüşü" səhnələri tamaşaçılara təqdim edildi. Şagirdlərin geyimləri də, öz obrazlarını məharətlə oynamaq bacarığı da zaldakıların, xüsusən şagirdlərin böyük marağına səbəb oldu. Onlar yaratdıqları obrazlarla tamaşaçı rəğbətini qazanmağı bacardılar. XI "A" sinif şagirdi Oruc Ələsgərovun yaratdığı Məcnun obrazı olduqca möhtəşəm idi.

Tədbir aparıcı X "B" sinif şagirdi Səma Muğannanın söylədiyi, sözləri ədəbiyyat müəlliməsi Həsənova Natəvana məxsus "İdeal rəhbər" şeiri ilə yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi