Müəllimlər Günü münasibətilə həmkarlara təbrik

Əziz həmkarlar! Müəllim günü münasibətiylə Sizlərə təbriklərimi Ümummilli Lider Heydər Əliyevin müəllim şəxsiyyətinə verdiyi dəyər barədə fikirləri ilə başlamaq istəyirəm. " Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!”Cəmiyyət biz müəllimləri ta qədimdən zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, insanlara xidmətdə həyatını şam kimi əridən, qəlblərdə əbədi heykələ dönən şəxsiyyət kimi görmək istəyib.Aqillər deyib ki, uşaq beyni ağ vərəqə bənzəyir: Oraya nə yazılsa əbədi qalar. Demək, övladlarımızı sağlam fikirli, aydın düşüncəli, cəmiyyət üçün gərəkli, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət kimi yetişdirməmiz üçün o ağ vərəqə xeyirxahlıq, vətənpərpərvərlik, saflıq-paklq, səmimiyyət hissləri hopdurmalı, övladlarımızi lazımi bilik, bacarıq və vərdişlərə yiyələndirməliyik.Bu gün təmiz beyinlərə elə toxum səpməliyik ki, sabah özümüz utanmayaq. Bu çətin, lakin şərəfli fəaliyyətinizdə hər birinizə uğurlar, səbr və dözüm arzulayıram.Ceyran Kuliyeva