“Bədii ədəbiyyat mənəvi kimliyimizdir” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təşəbbüsü ilə məktəbimizdə “Bədii ədəbiyyat mənəvi kimliyimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə yuxarı sinif şagirdləri iştirak ediblər. Rafael Əliyevin rəhbərlik etdiyi layihə təlimində bədii ədəbiyyatın gənclərin şəxsiyyət kimi formalaşmasındakı rolundan, şagirdlərin danışıq qabiliyyəti, natiqlik məharəti, mənəvi dünyası, daxili aləmi, söz xəzinəsi, xəyal gücü, dünyagörüşünə mütaliənin birbaşa təsirindən söz açılıb.Təlimdə iştirak edən şagirdlər bu sahədəki uğurları ilə qonaqları yaxşı mənada “təəccübləndiriblər”. Artıq ikinci ildir ki, rəhbərlik tərəfindən məktəbimizdə şagirdlərin mütaliə vərdişlərinə yiyələnməsi məqsədi ilə atılan ciddi addımlar, görünür, öz nəticəsini verib.Bu dərs ilində də, bu sahədə hər bir paralel siniflər üçün bədii ədəbiyyatlar seçilib. Müəyyən müddətdən sonra oxunmuş əsərlərin müzakirələri təşkil ediləcək. Aprel-may aylarında məktəbdə “Bədii ədəbiyyat kimliyimizdir” mövzusunda konfransın keçiriləcəyi planlaşdırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi