Qalibiyyətimizlə qürur duyuryq
2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Təhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın da başlıca məqsədi məhz bu bacarıqları özündə formalaşdıran istrdadlı şagirdlərin aşkat edilməsi və onların fəaliyyətinin stimullaşdırılması olmuşdur.
Festivalın rəsmi açılışından sonra kateqoriyalar üzrə yarışlara start verilmiş, dekabrın 10-da isə qalib komandaların mükafatlandırılması həyata keçirilmişdir. Məktəbimiz bu festivala 3 komanda ilə qatılmışdır.
Layihə rəhbəri Elnarə Nərimanova, üzvləri İbrahim Bakıxanov və Nuranə Məmmədova olan Smart Map of Karabakh layihəsi Qarabağın təbiəti,coğrafiyası,tarixi haqqında məlumatlandırıcı smart xəritə funksiyasını daşımaqla, fizika, kimya, biologiya və tarix dərslərində fərqli dillərdə istifadə məqsədi daşıyır.
Layihə rəhbəri Aynur Hüseynova, üzvləri Kamran Əlizadə və Almaz Bağırzadə olan “Дарящие надежду”- "Ümid verənlər" layihəsi ilə yeni sahibi tapılana qədər evsiz heyvanların sağ qalmasına kömək etmənin yolunu göstərən “Evsiz Heyvanlar üçün Ağıllı Sığınacaq” layihəsi təqdim olunub.
Layihə rəhbəri Fəridə Bağırova,üzvləri Tamerlan Kərimov və Rasim Məmmədov olan Spider-robot layihəsinin məqsədi isə çoxfunksiyalı robotun bir çox sahələrdə: fabriklərdə, təyyarələrdə yük daşıma, kafe və restoranlarda ofisiantı əvəz etmə funksiyasınını reallaşdırmaq olub.
Smart Map of Karabakh layihəsinin qaliblər sırasında yer alması bizi çox sevindirmişdir.
Məktəbin rəhbərliyi və kollektivi festivala qatılan komanda üzvlərinin hər birini ürəkdən təbrik edir və onlara daha böyük uğurlar diləyir.