Şagirdlərimiz “Gənc Heydərçilər” hərbi vətənpərvərlik düşərgəsində

Bu yay Müdafiə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Gənc Heydərçilər” hərbi vətənpərvərlik yay istirahət düşərgəsi təşkil edilmişdir. Düşərgədə Səbail rayon məktəblərinin, o cümlədən, bizim məktəbin bir qrup şagirdi iştirak etmişdir. Bu layihənin əsas məqsədi məktəblilərdə hərbi – vətənpərvərlik ruhunun aşılanması, şagirdlərin hərbi sirlərə yiyələnməsi eləcə də, Ümummilli lider Heydər Əliyevin ideya və prinsiplərinə sadiq ruhda böyüyərək hər an Vətənin müdafiəsinə hazır olma ruhunda tərbiyə olunmasıdır. Hərbi düşərgədə şagirdlər gün rejiminə əməl etmiş, müasir hərbi texnika ilə tanış olmuş, hərbi nizamnamə və hərbi hissə qaydalarını öyrənmiş, müxtəlif ekskursiyaar və hərbi yarışlarında iştirak etmişlər. Bu tədbirdə şagirdlərimizlə bərabər qrup rəhbəri kimi məktəbimizn fiziki tərbiyə müəllimləri Həsən Vəliyev və Namiq Cəfərov da iştirak etmişlər.14 gün davam edən düşərgə həyatı sonda hərbi parad, konsert və düşərgədə bilik və idman yarışlarında fərqlənən fəal şagirdlərin mükafatlandırılması ilə başa çatmışdır .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi