”Learning Hub” proyektində iştirakımız
Birləşmiş Millətlər Təşkilatının “Gender bərabərsizliyi zəminində zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına qoşulan məktəbimizn şagirdləri ingilis dilində cıxış edərək Gender bərabərliyi haqqında öz fikirlərini Britaniya Şurasının (British Council Azerbaijan) Tweeter səhifəsində paylaşmışlar. ”Learning Hub” proyektinin iştirakçısı olan IX sinif şagirdləri Amal Blakmor və Fəridə Məmmədova dünyanın bir cox ölkələrində aktual problemlər sırasında duran gender problemi və gender bərabərliyinin təmin olunması haqqinda qoyulan suallara ingilis dilində öz münasibətlərini bildirmişlər. Böyük Britaniyanın Azərbaycandakı səfiri Mr.Ceymz Şarp onların cıxışlarını bəyənərək öz tweeter səhifəsində paylaşmışdır.
Şagirdlərimiz öz cıxışlarında gender bərabərsizləyinin cəmiyyətə, insanın inkişafına, onun fiziki və mental sağlamlıgına vurdugu ziyanı qeyd edərək, qızların təhsil almasınin önəmli oldugunu vurgulamış, insana onun cinsinə görə deyil şəxsiyyətinə, bacarıqlarına, imkanlarına görə qiymət verilməsinin vacib olduğunu bildirmişlər.