Problemləri birlikdə aradan qaldıraq

Tədris prosesinin səmərəli təşkili və şagird nailiyyətinin yüksəlməsi məqsədi ilə məktəbin IX-XI sinif valideynlərinin  iştirakı ilə onlayn görüş keçirildi.

Görüşdə X-XI siniflərdə şagirdlərin dərsə davamiyyəti və IX siniflərdə  təlim nəticələri zəif olan şagirdlərlə işin təşkili məsələləri müzakirə olundu. 170 -ə yaxın valideynin qatıldığı görüşdə valideynlərin əksəriyyəti övladlarının dərsə davamiyyətindəki boşluqları COVİD 19 infeksiyası ilə əlaqələndirsələr də, direktor bu fikirlərlə tam razılaşmadığını və övladlarının məsuliyyətsizliyi səbəbindən bir çoxlarının bu xəstəliyi bəhanə gətirdiklərini söylədi.

İlyarımlıq distant  təhsilin yaratdığı fəsadlardan sonra direktor əyani təhsilə keçidin cəmiyyətdə birmənalı şəkildə müsbət qarşılandığına əmin olduğunu bildirdi. Ancaq şagirdlərdə və bəzi valideynlərdə yaranan məsuliyyətsizliyin bu gün də davam etdiyini təəssüf  hissi ilə vurğulayan direktor təlim nəticələri aşağı olan buraxılış sinif şagirdləri üçün təşkil edilən əlavə məşğələlərə şagirdlərin bəzilərinin qatılmadığından narahat olduğunu da gizlətmədi.

Məktəbdə normal təhsil şəraiti yaradıldığını etiraf  edən valideynlərlə bərabər , dərslərdə üzürsüz səbəbdən iştirak etməyənlərin valideynləri  tərəfindən şagirdlər üçün distant təhsilin təşkilini təklif edənlər də oldu.

Direktor bu təkliflərlə razılaşmayaraq hazırda təhsilin distant və ya əyani şəkildə təşkilinə GEM tərəfindən qərar verildiyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi