“Şahmat oyunu düşünmə qabiliyyətini inkişaf etdirmək üçün əyləncəli bir vasitədir”

Fairmont otelininin konfrans zalında Bakı şəhərində keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində şahmat dərsləri tədris edilən ümumtəhsil məktəblərin müəllimləri üçün seminar keçirildi. Seminarda tanınmış jurnalist və şərhçi Leonço Qarsiyan “Şahmat oyunu düşünmə qabiliyyətini inkişaf etdirmək üçün əyləncəli bir vasitədir” adlı mühazirə ilə çıxış etdi.Mühazirəçi tərəfindən məktəblərdə şahmat dərslərinin vəziyyəti, yeni metodlardan istifadə edərək şahmatın uşaqlara öyrədilməsi və digər ölkələrdə şahmat dərslərin keçirilməsi təcrübələri haqqında məlumat verildi. Seminarda məktəbimizi Cəfərov Namiq təmsil edirdi. Sonda Namiq Cəfərova setrifikat təqdim olunmuşdur.