Maliyyə bazarları sahəsində maarifləndirmə layihəsi

Məktəbimizdə Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəblilərin maliyyə bazarları sahəsində maarifləndirilməsinə dair layihənin təqdimat mərasimi keçirilib.Layihə Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının maarifləndirmə və məlumatlandırma tədbirlərinə uyğun olaraq gerçəkləşdirilib. Layihə çərçivəsində qiymətli kağızlar bazarına dair 5 videoçarx və broşür hazırlanıb Bu materiallar əsasında məktəblilərin maliyyə bazarı sahəsində maarifləndirilmələri üçün xüsusi fənnin tədris olunması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunub. Təhsil Nazirliyi pilot layihə kimi 7 və 189-190 nömrəli məktəblərin seçilməsinə qərar verib.Təqdimat mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov maliyyə bazarlarının və alətlərinin təbliği, maliyyə bazarları və investisiyalar sahəsində əhalinin maarifləndirilməsi ilə baglı qarşıda duran əsas vəzifələrdən söz açıb. Daha sonra Bakı şəhər üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva, məktəbin direktoru Ceyran Quliyeva çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Təqdimat mərasimindən sonra MBNP-nin Maliyyə Bazarlarına Nəzarət Departamentinin direktoru Cavid Nəzərov multimedia dərsi keçib. Dərs zamanı əsas tədris materialı olan 5 videoçarx nümayiş olunub və hər mövzu üzrə qısa əlavə məlumatlar verilib və məktəblilərin sualları cavablandırılıb. Dərsin sonunda şagirdlərin dərsin mənimsənilmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlara 15 sualdan ibarət test tapşırığı paylanılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi