Qrant layihənin növbəti tədbiri
Məktəbin fiziki tərbiyə müəllimi Namiq Cəfərovun qalibi olduğu Şəbəkə adlı Qrant layihənin icra planına uyğun olaraq məktəblilərin Azərbaycan Milli Paralimpiya Komitəsinin inzibati binasına səfəri təşkil olunmuşdur. Dəyirmi masa şəklində keçirilən səfər zamanı şagirdlərimiz komitənin rəsmi işçiləri və Tokio 2020 paralimpiya çempionları ilə görüşmüşlər. Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılmış və tədbir iştirakçıları CBC sport kanalına müsahibə vermişlər. Məktəb rəhbərliyi adından bizə dəstək olan Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti və baş katibinə öz təşəkkürümüzü bildiririk.