“Bilik günü”nü qeyd edirik!

Respublikamızda 15 sentyabr “Bilik günü” kimi qeyd olunur.Bu münasibətlə Səbail rayonu 189- 190№–li tam orta məktəbdə də tədbir keçirildi. Tədbirə birincilər, onbirincilər və müəllimlərlə yanaşı valideynlər və qonaqlar da qatıldı.Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə məktəbin direktoru Ceyran Kuliyeva valideynləri, şagirdləri təbrik edərək 2015/2016–cı tədris ilində məktəbin qazandığı uğurlar barədə məlumat verdi, yüksək bal toplayaraq abituriyent adını qazanan şagirdlərə uğurlar dilədi. Direktor öz çıxışında əsası Ulu Öndər tərəfindən qoyulan və bugün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də, Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə təhsilə olan xüsusi diqqət və qayğıdan söz açdı. Təhsil sahəsində aparılan islahatlardan, təhsil infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasından, təhsilin məzmunundakı köklü dəyişikliklərdən söz açan direktor xüsusi olaraq vurğuladı ki, bu gün təhsil işçiləri məsuliyyət hissini artırmadan səriştəli müəllim ola bilməzlər. Hər bir müəllim bu statusu qazanmaqla bərabər, hər bir valideyn də övladı qarşısında valideynlik vəzifəsini layiqincə yerinə yetirməlidir. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyev yeni dərs ilinin başlanması münasibəti ilə kollektivi, birinciləri və onbrinciləri təbrik edərək onlara arzularını çatdırdılar.Tədbir mahnılar, rəqslər və nağıl qəhrəmanlarının çıxışları ilə davam etdirildi. Sonda ilk zəngin sədaları altında birincilər və onbirincilər sinif otaqlarına üz tutdular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi