Yeni dərs ili ərəfəsində

189-190№-li məktəbin kollektivi qarşıdan gələn “Bilik günü” münasibətiylə bütün təhsil ictimaiyyətini ürəkdən təbrik edir, müəllimlərə “müəllim” adı və şərəfinə layiq fəaliyyət, valideynlərə övladının təhsilinə daha ciddi münasibət, şagirdlərə isə mükəmməl və dərin bilik əldə etmək yolunda istək, bitib-tükənməyən səy arzulayırıq.Artıq 2015/2016-cı tədris ili arxada qaldı. Məktəbimiz ötən dərs ilində bir çox nailiyyətlərə imza atdı, bir çox layihələrdə iştirak etdi, qaliblər arasında yer aldı.Ən böyük uğurumuz isə orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının nəticələrinə görə Bakı şəhər məktəbləri arasında onluqda yer almamız oldu. Bu ilki məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri də ürəkaçan oldu. Belə ki, məktəbimizin məzunundan 55 - i respublikada, 4-ü isə xaricdə ali təhsil müəsisələrinə daxil olublar. Məzunlardan 5 nəfəri 600-dən, 14 nəfəri 500-dən yüksək bal toplamışlar. Bu nəticələr hələ bizim son hədəfimiz deyil.Qarşıdakı dərs ilində müəllim, şagird və valideynlərin birgə gərgin əməyi sayəsində daha böyük uğurlar əldə etməyə çalışacağıq!Bu dərs ilində məktəbimizdə keçən illərdə olduğu kimi “Elektron məktəb”, “Globallab”, “Leap”, “Məktəblərdə futbol və şahmat dərsləri”, layihələri, həmçinin, bu ildən “Məktəbin dostu” pilot layihəsi həyata keçiriləcək. Təhsilalanların təhlükəsiz və harmonik inkişafını təmin edən təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçiriləcək bu layihə əminik ki, məktəbdə tədris prosesinin şəffaf və səriştəli idarə olunması, eləcə də, şagird nailiyyətinin yüksəlməsinə öz töhfəsini verəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi