31 mart “Azərbaycanlıların soyqırımı günü” qeyd olunur

Tariximizin Qan yaddaşı ilə bağlı səhifələrin şagirdlərin yaddaşına hopdurulması, bu faciələrin baş vermə səbəbləri və onlardan ibrət alma dərsləri bu gün hər bir təhsil ocağının ən ümdə vəzifəsidir.Məhz elə bu məqsədlə bu gün məktəbimizdə 31 mart “Azərbaycanlıların soyqırımı günü” ilə bağlı tədbir keçirildi. Məktəbin tarix müəllimləri tərəfindən təşkil edilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Ramin Rüstəmov da iştirak edirdi. Faciənin dəhşətlərini əks etdirən videoçarxın nümayişi və tarix müəllimləri Gülsən Soltanova və Sədrəddin Rüstəmovun, eləcə də Şərqşünaslıq İnstitutunun elmi işçisi Ramin Rüstəmovun söylədikləri tarixi faktlar şagirdlər tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Ceyran Kuliyeva tarixdə baş verən belə faciələrin unudulmamasını, dostumuzu və düşmənimizi tanımamızı şagirdlərə tövsiyyə etdi. Hər bir vətəndaşın öz tarixini mükəmməl bilməsinin vacibliyini bir daha qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi