Dünya çempionu qonağımızdır
Bu gün Qaydasız döyüş üzrə dünya cempionu Mirzə Məmmədov məktəbimizin qonağı olmuş, idmançı şagirdlərimizlə görüşmüşdür.
Tədbirdə çıxış edən direktor Azərbaycan idmançılarının bayrağımızı olimpia, dünya çempionatlarında ən uca zirvələrlə qaldırmaqla vətənimizi ləyaqətlə təmsil etdiklərindən, idmanın inkişafı məqsədiylə bütün regionlarda ən moderun tələblərə cavab verən idman komplekslərinin yaradılmasından söz açdı. Hətta beynəlxalq səviyyəli yarışlarda iştirak edərək uğur qazananlar arasında şagirdlərimizin də olmasından qürur duyduğunu bildirən Ceyran Kuliyeva bu sahədə əməyi olan Namiq və Həsən müəllimə də öz təşəkkürünü bildirdi. Tədbirdə çıxış edən dünya cempionu Mirzə Məmmədov bu uca mərtəbəyə yüksəklik yolu, bu yolda əzmkarlıq və yorulmazlığı barədə şagirdlərə məlumat verdi. Qalib idmançılarımızın hər birinin əldə etdikləri qələbələrdə ölkə başçısının hər an dəstəyini hiss etdiklərini xüsusi vurğuladı. Onun karyerasını əks etdirən videoçarx şagirdlərimiz tərəfindən maraqla izlənildi. Qonağımız şagirdlərin çoxsaylı suallarını səbir və təmkinlə cavablandırdı. Müxtəlif yarışların qalibi olan şagirdlərərimizə gələcək idman həyatında uğurlar dilədi.
Rəhbərlik Səbail rayon Gənclər və İdman idarəsinin rəhbərliyinə belə maraqlı görüşlərin təşkilinə görə öz minnətdarlığını bildirir.