Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına zəfər bəxş edən şəhidlərimizin anım günüdür
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.
Məktəbimizdə də Anım gününə həsr olunan dərslər və məktəbimizin “Qarabağ Azərbaycandır “guşəsində tədbir keçirilib.Tədbirdə çıxış edən direktor xalqımıza zəfər, qürur hisslərini yaşadaraq torpaqlarımızı qanları, canları bahasına azad edən şəhidlərimizin daim qəlbimizdə yaşayacağına əminliyini bildirdi.