“Qloballab” layihəsinin qalibiyik

Yuneskonun xətti ilə “Qloballab” layihəsində “Mnoqoliniy vozdux” hava bölməsində məktəbimiz 6 nominasiya üzrə 12 sertifikat əldə edib.Bu nailiyyətin əldə olunmasında məktəbin müəllim və şagirdlərinin böyük zəhməti olmuşdur.Birgə iş fəaliyyəti bu yüksək nəticənin əldə olunmasına böyük təkan oldu.”Qloballab” layihəsinin hava bölməsində məktəbin ibtidai sinif müəllimi Nigar Fiqarovanın müsabiqəyə təqdim etdiyi video-material xüsusi yer tutdu.Video-material havanın çirklənməsinin qarşısının alınması üçün şagirdlərinin gəldiyi nəticələri ozündə əks etdirir.Yüksək səviyyəli video çəkilişlər böyük zəhmət tələb etmişdir. Nigar müəllimənin 3f sinfinin şagirdləri bu layihədə fəal iştirak etmişlər. İbrahim Mənsiyev 4 nominasiya üzrə, Nəzrin İsrafilova 2 nominasiya üzrə müsabiqənin qalibi olmuşlar. Məktəbin 4a sinif şagirdləri Cəfər Poladov və Zülfiyyə Ağakişiyeva da müxtəlif nominasiyalar üzrə müsabiqənin qalibi olmuşlar.Bu layihənin III mərhələsi oktyabr –noyabr aylarında davam edəcək. Layihənin “Torpaq və od” bölməsi üzrə keçiriləcək növbəti müsabiqədə məktəbimizin müəllim və şagird kollektivinə müvəffəqiyyətlər arzulayirıq!