“Tikdim ki, izim qala” adlı “Ağıllı məktəb” yarışmasının qalibiyik
XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi insanlardır. Bu baxımdan da günün məzunu müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsini həyata keçirir. Layihənin həyata keçirildiyi məktəblər arasında biz də varıq.
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Tikdim ki, izim qala” adlı “Ağıllı məktəb” yarışması Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun "STEAM Azərbaycan" layihəsi komandasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.Məktəbimizin biologiya müəllimi Elnarə Nərimanovanın rəhbərliyi ilə məktəbimizi təmsil edən komandamız bu yarışmada II yerə layiq görülməklə qaliblər arasında yer alıb.
Səbail Rayon İcra Hakimiyyətində RİHB-nın müavini Kəmalə Həşimovanın, RİHBA-nın məsul əməkdaşlarının, eyni zamanda yarışa qatılan məktəb rəhbərlərinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun "STEAM Azərbaycan" layihəsinin əməkdaşlarının iştirakı ilə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Yarışmanın qaliblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.