Buraxılış sinif valideynləri ilə görüş
Məktəb rəhbərliyi IX sinif şagirdlərinin valideynləri ilə video formatda görüş keçirdi. Görüşdə məktəbin direktoru təmayül siniflərin təşkili barədə valideynləri məlumatlandıraraq bildiridi ki, təmayül siniflər komplektləşdirilərkən şagirdlərin ixtisas seçimi, fənn müəllimlərinin bu siniflərdə təhsil alacaq şagirdlər barədə müsbət rəyləri, həmçinin şagirdlərin ümumtəhsil pilləsi üzrə təlim nəticələri nəzərə alınacaq. Məlumat üçün bildirildi ki, qeyd olunan şərtlərə cavab verən 19 şagirdin növbəti tədris ilində Texniki və Riyaziyyat-İqtisadiyyat təmayüllü sinifdə təhsil ala bilməsi mümkündür. Direktor, eyni zamanda, növbəti tədris ilində adi sinfin də açılacağını bildirdi.
Daha sonra direktorTəhsil Nazirliyi və BŞTİ-i tərəfindən bu günlərdə peşə təhsilinə cəlb edilmənin artırılması və peşəyönümü tədbirlərinin təşkili istiqamətində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq qapı” günlərinin önəmindən bəhs etdi və təlim nəticələri zəif olan şagirdlərin gələcək təhsillərini peşə təhsili müəssisələrində davam etdirməsini tövsiyə etdi.
Sonda Ceyran Kuliyeva valideynləri maraqlandıran sualları cavablandırdı.