Şagirdimizin beynəlxalq layihədə uğuru
UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində AVRO-2020-yə ev sahibliyi edən 11 ölkədə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, uşaqlar arasında yeni oyun formatı yaratmaq və digər məqsədlərlə həmin şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) üçün “Build Bridges” layihəsi təşkil olunub.
İştirakçılar platformada qeyd olunan yarışlara qatılaraq, öncədən müəyyən olunmuş kriteriyalarda hərəkətləri təkrarlayaraq, qısa video çəkib həmin platformaya yükləyiblər.
UEFA nümayəndələri Ludolph Frank, Grieve Stuart William, Marquard Ulf-Rauno və James Ashleyin iştirakı ilə 11 ölkənin Futbol dərsi layihəsinin koordinatorları ilə onlayn olaraq yekun toplantı keçirilib və qalib gələn ölkənin adı açıqlanıb. 11 ölkə arasında qalib olan şagird isə Futbol dərsi layihəsində iştirak edən 189-190 saylı orta məktəbdə təhsil alan Hüseynov Fərhad Rəşad (17.01.2008) oğludur. UEFA tərəfindən qalib gələn məktəb və iştirakçıya hədiyyələr göndəriləcək.
Fərhad Hüseynov və məşqçisi Namiq Cəfərova AFFA-nın hədiyyələri təqdim edilib və onlar AVRO-2020-nin iyulun 3-də Bakı Olimpiya Stadionun keçiriləcək ¼ final mərhələsinin oyununa dəvət olunub.