Son zəng tədbiri
Torpaqları işğaldan azad edilmiş müstəqil, azad ölkəmizdə zəfər və qələbə sevinci yaşanan ilk “Son zəng” tədbiri. Tədbir ənənəvi qaydada Azərbaycan Respublikasının Dövlət himni ilə başlansa da, zəfər sevincini bizlərə bəxş edən ölməz şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. İlk dəfə birincilərin və valideynlərin qatılmadığı tədbirdəki çıxış və musiqi nömrələri məhz vətənpərvərlik və zəfər notlarına köklənmişdir.
Tədbirin sonunda müxtəlif musiqi yarış və festivalların qalibi olan şagirdimiz Aylinin ifasında səslənən “Şuşaya qayıdırıq” mahnısı sevinc və hüzün dolu köhrələrə sanki qürur və məğrurluq qatdı.
189-190 nömrəli tam orta məktəb müstəqil həyata daha bir tədris ili məzunlarını uğurladı.”Yolunuz açıq olsun, sevimli məzunlar!”