“Tütünsüz dünya yarat!”

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məktəbimizdə “31 may Ümumdünya Tütünsüz Gün” başlıqlı tədbir keçirilib. Tədbir çərçivəsində media nümayəndələri üçün brifinqlə yanaşı məktəbimizin şagirdləri arasında asfalt üzərində “Tütünsüz dünya yarat!” devizi altında rəsm müsabiqəsi təşkil olunmuşdur.Tədbirdə çıxış edənlər: məktəbin direktoru Ceyran Kuliyeva, İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova, ekspert Şəhla Mirzəzadə və Milli Onkologiya Mərkəzinin torakal onkologiya bölməsinin elmi işçisi Arif Hətəmov sağlam həyat tərzinin xüsusilə gənclər arasında aktual məsələ olduğunu bildirmiş, müasir cəmiyyətdə siqaret, narkomaniya və alkoqolla bağlı problemlərin kəskinləşməsindən, bu zərərli vərdişlərin hər il minlərlə insanın səhhətinə sağalmaz ziyanından bəhs etmişlər. Tədbirin sonunda məktəblilərə İSİM-in bukletləri, müxtəlif tematik nəşrləri paylanmış, asfalt üzərində rəsm müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr təqdim edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi