Bakı şəhəri üzrə 28-ci spartakiyada proqramına daxil olan V-VI siniflər arası futbol birinciliyində Səbail rayonunu təmsil edən məktəbimizin komandası yalnız final mərhələsində məğlub olaraq Bakı şəhəri üzrə 2ci yerə layiq görülmüşdür. Final mərhələsindən sonra Bakı Şəhər üzrə Təhsil idarəsi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən iştirakçılar diplom və medallarla təltif olunmuşlar.