Ibrahimin uğuru

TİKA, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar birliyinin ortaq layihəsi olan “Qarabağ Şəhidlərinə Şeir Yarışması”nda məktəbimizin IX sinif şagirdi İbrahim Bakıxanov iştirak etmiş və 644 iştirakçı arasında onluqda qaliblər arasında yer tutmuşdur. İbrahimi təbrik edir, daha böyük uğurlar diləyir və onun şerini Sizlərə təqdim edirik. Şəhid kimdi?

Salam olsun Şəhidin ruhunaki candı Şəhid

Bir fəxarət günəşi hikməti-ümmandı Şəhid

Salam olsun Ulutürk millətinin övladına

Canı qurban elədin can sənə qurbandı

Şəhid analar oğlunu yad etdi qürur hissi ilə

Sənə xatir tökülən göz yaşı ehsandı Şəhid

Yaşadır doğmalığı Türkiyə Azərbaycan

Hər iki torpaq əzəldən sənə ünvandı Şəhid

Eyni millət 2 dövlət dedi öndərlərimiz

Bizi fəxr ilə qürurlandıran elandı Şəhid

Ehtiram mərtəbəsini fəth elədin əzminlə

Cümlə aləmdə mələklər sənə heyrandı Şəhid

Şəhidin ruhuna Allah özü qüdrət vermiş

Biz günahkarlara məhşər günü dərmandı Şəhid

O fədakarcasına sinə gərib mərmilərə

Sakini baği behişt,sahibi imandı Şəhid

Çox şükür ki, sona yetdi 30 illik həsrət

Bizim azadlığımızçun muhim insandı Şəhid

Hər qarış torpağı qanla qorumağdır görəvin

Anamız, namusumuz Azərbaycandı Şəhid.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi