“28 may Respublika günü”nə həsr edilmiş siniflər arası futbol yarışı keçirdi

Məktəbimizdə “28 may Respublika günü”nə həsr edilmiş siniflər arası futbol yarışı keçirdi.Yarış 2 qrup mərhələsində həyata keçirildi. Final mərhələsi kiçik yaşlı uşaqların dövlət himninin sədaları altında meydançaya daxil olması ilə başladı. Sonda qalib kubok və medallar verildi. 2-ci yeri tutanlar da kubok və medallarla təltif olundu. Belə yarışların təşkili şagirdlərdə əməkdaşlıq xüsusiyyətləri formalaşdırır, onlarda idman həyacanı yaşadır, onların asudə vaxtının səmərəli təşkilinə xidmət edir. Bu ilki yarışmanın qabili məktəbin 10b sinif şagirdlərindən ibarət komanda oldu. Onları təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi