“Göy Qurşağı” rəsm dərnəyinin sərgisi

Məktəbimizdə fəaliyyət göstərən “Göy Qurşağı” rəsm dərnəyinin rəhbəri İradə Axundovanın təşkilatçılığı ilə İçərişəhər Müasir İncəsənət Mərəkəzində şagirdlərimizin rəsm işlərindən ibarət sərgi keçirilib. Sərgidə II - XI sinif şagirdlərinin əl işləri nümayiş etdirilib. Şagirdlərimizin əl işləri tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb. Tədbirə qatılan İncəsənət Universitetinin əməkdaşları, sənətşünaslar sərgiyə çıxarılan əl işləri barədə xoş sözlər söyləmiş, şagirdlərimizin istedad, qabiliyyət və bacarığına məftun olduqlarını bildirmişlər. Tədbirdə rəsm işlərinin müəlliflərinə (Göy qurşağı dərnəyinin üzvlərinə) diplom və hədiyyələr təqdim olunmuşdur.Sərgidə məktəbin xor dərnəyinin ifasında gözəl musiqi bəstələri də səslənmişdir. Direktor şagirdlərimiz arasında gələcəkdə daha möhtəşəm rəsm qalereyalarında sərgisi təşkil olunacaq “rəssamlarımız”ın olacağına əminliyini bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi