Tədris ilinin başa çatması ərəfəsində növbəti pedaqoji şura iclası keçirildi

İclasda:

1. BŞTİ tərəfindən IX sinif şagirdləri üçün ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilən sınaq qiymətləndirmə və məktəb üzrə keçirilən monitorinq nəticələrinin təhlili;

2. XI sinif buraxılış imtahanlarının nəticələrinin təhlili;

3. Fənn olimpiadaları, Fənn müsabiqələri və “Lütfizadə adına Məntiq Olimpiadası”nın nəticələrinin təhlili;

4. Onlayn dərs müsabiqələri nin nəticələri;

5. Məktəbdə tətbiq olunan layihələrin təhlili;

6. Ümumi təhsil müəssisələrinin II-XI siniflərində summativ qiymətləndirmələrin aparılması məsələləri müzakirə edildi.

Gündəlikdə müzakirəyə çıxarılan məsələlər ətrafında müəllimlərin fikir və təklifləri dinlənildi.

Tədris ili ərzində peşəkarlığı, məsuliyyəti ilə seçilən müxtəlif layihə və müsabiqələrdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat, riyaziyyat m\b – nin bütün müəllimlərinə, biologiya müəllimi Elnarə Nərimanova, təsviri incəsənət müəllimləri İradə Axundova, Cəmilə Eyyubova, texnologiya müəllimi Fəridə Bağırova, tarix müəllimi Lalə Məmmədovaya təşəkkür elan edildi. O cümlədən, ibtidai sinif müəllimlərindən Nigar Fiqarova, Yevgeniya Butiryova, Səbinə Yusifova, Nərgiz Məmmədova, Aygün Həşimovanın 2020-2021 –ci tədris ilindəki fəaliyyətləri yüksək qiymətləndirildi və onlara da təşəkkür elan edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi