Dördüncülərin Bilik yarışması
Istedadlı şagirdlərin aşkara çıxarılması, fəaliyyətin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri də bilik yarışlarıdır. Məktəbimizin IV sinif şagirdləri arasında keçirilən “Dahilərin yarışı” adlı intellektual bilik yarışması məhz bu mərama xidmət edib.
3 raunddan ibarət yarışmada Müzəffər Ordumuzun İkinci Qarabağ müharibəsindəki qələbəsinin səbəbləri, müxtəlif fənn sahələrini əhatə edən akademik bilik yönümlü, həmçinin, şagirdlərin məntiqi təfəkkürü və ümumi dünyagörüşü səviyyəsini müəyyənləşdirən suallar qalib şagirdlərin seçimində istifadə edildi.
Yarışda 4 “F” sinif şagirdi Əli Xuduzadə - I yerin (müəllim-Nigar Fiqarova), 4 “F” sinif şagirdi Sara Qurbanova - II yerin (müəllim-Nigar Fiqarova), 4 “K” sinif şagirdi Nuranə Məmmədzadə (müəllim-Səbinə Nəbili) - III yerin qalibi seçilərək diplomlarla təltif olundular.
Qalibləri təbrik edir və onlara daha böyük nailiyyətlər diləyirik.