Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfrans

Mayın 10-da məktəbimizin tarix müəllimi Lalə Məmmədovanın təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfrans keçirildi. BSU-nin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Habil Məmmədovun da dəvət olunduğu tədbirdə öncə Lalə Məmmədova Ulu Öndərin həyatı, 90-cı illərin əvvəllərində Azərbaycandakı siyasi-iqtisadi vəziyyət, dövlət quruculuğu, iqtisadi, mədəni, sosial, təhsil, dünya azərbaycanlılarının təşkilatlanması, ordu quruculuğu haqqında təqdimat formasında ətraflı məlumat verdi.

Sonra isə qonağımız xarici siyasət sahəsində qarşıda duran vəzifələr, xarici siyasətin istiqamətləri, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi sahəsində gərgin əməyi, fəaliyyəti barədə maraqlı məsələləri şagirdlərin nəzərinə çatdırdı. Tədbirə qatılan hər bir şagirdə aydın oldu ki, məhz Ulu Öndərin gərgin fəaliyyətinin ölkə başçısı prezident İlham Əliyev tərəfindən uğur, uzaqgörənlik və müdrikliklə davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan bu gün dünya dövlətləri içərisində inkişaf etmiş, tolerant, hərbi qüdrəti sayəsində işğal olunmuş torpaqlarını geri qaytarmış qürurlu bir dövlət kimi tanınır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi